• 20 Sentyabr 2024 23:31

Bu axşam “Omoniya” – “Zirə” qarşılaşması olacaq. “Zirə” mərhələ adlasa, milyonlar qazanacaq – MƏBLƏĞ

“Zirə” Konfrans Liqasının pley-offunda “Omoniya”nı məğlub edib, növbəti raunda yüksəlsə, böyük məbləğdə gəlir əldə edəcək. 


Tacxeber.com offsideplus.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun komandası liqa mərhələsinə yüksəlsə, bu raunnda 3,17 milyon avro qazanacaq.

Cari mövsüm UEFA KL-də liqada hər qələbəyə 400 000 avro, heç-heçəyə isə 133 000 avro verəcək.
Liqada 1-8-ci yerlərdə qərarlaşacaq komanda 400 000 avro, 9-16-cı yerlərin sahibi isə 200 000 avro əldə edəcək.

Qeyd edək ki, “Omoniya” – “Zirə” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Tacxeber.com

Oxşar xəbərlər