“İndi qadını əldə etmək çox asandır” – Qalmaqallı açıqlama
Röya Ayxanın “Ərə gedirəm” mahnısı yayımlanandan sonra az müddət ərzində subay qızlar arasında trendə çevrildi. Gənc qızların əksəriyyəti bu mahnı ilə videolar çəkib paylaşmağa başladılar. Bu isə bir daha sübut etdi ki, qızlarımız evlənməyə, ailə həyatı qurmağa meyllidir.
Maraqlıdır, bu həvəsi niyə oğlanlarda görmək olmur? Onlar adətən “subaylıq sultanlıqdır” şüarını üstün tutur və bacardıqları qədər ailə həyatından qaçmağa çalışırlar.
Buna səbəbə nədir?
Məsələnin psixoloji tərəflərini “Yeni Sabah”a danışan psixoloq Samirə Bağırova bildirib ki, kişiləri toydan sonrakı məsələlər daha çox düşündürür:
“Bütün xanımların ailə qurmaq istəyi var. Bu sağlam bir istəkdir. Amma bu gün xanımlarla müqayisədə, bəylər bu məsələdə bir o qədər də həvəsli deyillər. Belə ki, sürətlə artan boşanma halları, xəyanətlər bəylərdə şüuraltı qorxu, güvənsizlik, qərarsızlıq yaradır. Adətən, seanslarda evlilik öncəsi cütlüklərlə konsultasiya zamanı məlum olur ki, xanımlar ağ gəlinlik həvəsində, toy mərasimindəki detallara, alış- verişə, qonaqlara, özünə fokuslandığı təqdirdə, bəyləri toy sonrası detallar narahat edir. Hərçənd ki, əvvəllər tam əksi idi. Bəylər evliliyə maraq göstərərdilər, hətta xanımdan “ yox “ cavabı almaqdan ehtiyat edərdilər”.
Psixoloq qeyd edib ki, hazırda asan qadın obrazı kişiləri evliliyə cəlb etmir: