• 23 Noyabr 2024 12:48

Yeni tarifdən imtina edənlər 130 azn cərimələnir?

“Bəzi bölgələrdə yüksək internet tarifləri ucbatından internet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların qanunsuz və ədalətsiz münasibət sərgilədiyi bildirilir”.

 

Tacxeber.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib:

 

“Aztelekom” tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə ondan 130 manat cərimə tələb olunur.
Həmçinin, bu vətəndaşlara bildirilir ki, aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlər də tezliklə qiymətləri qaldıracaqlar.
Normalda isə, modemi təhvil verməklə  xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır .

 

Xatırladıram ki, Aztelekom dövlət şirkəti son 2-3 ildə bölgələrdə yeni GPON  infrastrukturu qurduqdan sonra, “Huawei” şirkətindən aldığı modemləri vətəndaşlara pulsuz təqdim etməklə, minimal 18 manat (40 Mbit/s) olmaqla bir illik internet xidməti müqaviləsi bağlayıblar.
İndi isə 15 avqust tarixdən başlayaraq “Aztelekom” minimal tarifləri 25 manata (100Mbit/s) qaldırıb.
Bundan sonra bu internet sürətlərinə ehtiyacı olmayanların seçimləri olmadığından xidmətdən imtina etməsi, xidmətə bağlanmaq üçün qonşularla “şərikli internet” seçimi etmələri haqqında sosial mediada məlumatlar açıqlanıb.
Yeri gəlmişkən, Antiinhisar Dövlət Xidməti “Aztelekom” təbii inhisar subyektinin minimal tarif artımını qanunsuz hesab edib və araşdırmalar başladıb”, – deyə o qeyd edib..

Tacxeber.com

Oxşar xəbərlər