• 21 Sentyabr 2024 00:38

“Zirə”dən böyükhesablı məğlubiyyət.

UEFA Konfrans Liqasında pley-off mərhələsinin oyunları keçirilir.

 

Azərbaycan təmsilçisi “Zirə” də bu gün mərhələnin ilk oyununa çıxıb.

Tarixində ilk dəfə avrokuboklarda pley-offa yüksələn Rəşad Sadıqovun komandası səfərdə Kiprin “Omoniya” klubu ilə qarşılaşıb. “Zirə” bu oyunda acınacaqlı məğlubiyyətlə üzləşib – 0:6.

 

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 29-da Bakıda olacaq.

22 avqust

Konfrans Liqası, pley-offun ilk oyunu

21:00.”Omoniya” (Kipr) – “Zirə” (Azərbaycan) – 6:0

Qol: Amin Xammas, 13, Villi Semedo, 34-pen. Mariuş Stepinski, 45+1, 54, Evandro, 60, Villi Semedo, 70

Baş hakim: Yuri Frişer (Estoniya)

Nikosiya. GPS stadium

Tacxeber.com

Oxşar xəbərlər