51 yaşında tələbə adını qazanan şəmkirli müəllim: “Cəmi bir ay hazırlaşdım”
2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələri açıqlanıb.
Qeyd edək ki, bu il Azərbaycanın təhsil tarixində ali məktəblərə tələbə qəbulu rekord səviyyəyə çatıb. Belə ki, nəticələr göstərir ki, 55656 nəfər (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Ali məktəbə qəbul olunanlardan biri də 51 yaşlı Həqiqət Gülmuradova olub.
İllər sonra tələbə adını qazanan Həqiqət Gülmuradova təəssüratlarını Bizim.Media-ya bölüşüb. Saytımıza açıqlamasında o, bildirib ki, cəmi bir ay hazırlaşraq universitetə qəbul olub:
“1972-ci ildə Şəmkirin Düyərli kəndində anadan olmuşam. Birinci neft texnikomuna, sonra isə 1994-cü ildə isə Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univerrsiteti) İnformasiyanın emalı ixtisasına qəbul olundum. Univerrsitetdə oxuduğum zaman ailə həyatı qurdum və təhsilimi qiyabi davam etdirdim. Lakin diplom müdafiəsi zamanı oğlum dünyaya gəldiyi üçün universiteti bitirə bilmədim”.
H.Muradova qeyd edib ki, universiteti yarıda saxlasa da, yaşadığı kəndin sakinləri ona dəstək olub: