Ukrayna ordusu Rusiyada irəliləyir: Putin təslim olur?
Ukrayna ordusunun Rusiya ərazisində apardığı əks-həmlə əməliyyatı davam edir. Ötən həftə Kursk istiqamətində başalayan hücumlar, dünən Bryansk vilayətinə sıçrayıb.
Görünən isə odur ki, ruslar Ukrayna hərbçiləri qarşısında olduqca qeyri-effektiv müdafiə olunurlar. Baş verənlərdən belə qənaətə gəlmək olar ki, rəsmi Moskva Kiyevin bu hücumunu heç bir halda gözlərmirdi. Bəs görəsən, Rusiya-Ukrayna müharibəsinin yeni və gözlənilməz dalğası necə nəticələnəcək? Kiyev adminstrasiyası ölkənin şərqindəki separatçıları və rus ordusunu geri çəkilməyə məcbur edə biləcəkmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan siyasi şərhçi Mətin Məmmədli bildirib ki, Ukraynanın başlıca məqsədi Rusiyanı daha geniş cəbhədə müharibəyə cəlb etməkdir:
“Ukraynanın sərhəddə yerləşən Rusiya vilayətlərinə hücumu müəyyən mənada Moskva üçün gözlənilməz oldu. Hesab edirəm ki, bu hücumların həm hərbi-taktiki, eyni zamanda siyasi məqsədləri var. Kiyevin əsas hədəfi odur ki, Rusiya ilə cəbhə xəttini xeyli genişləndirsin və Ukraynanın şərqində olan rus ordusunun kəmiyyət etibarı ilə azalmasına səbəb olsun. Belə olan təqdirdə zəifləmiş Rusiya silahlı qüvvələri qarşısında ukraynanlılar daha effektiv və uğurlu hərbi əməliyyat keçirə bilər. Hər halda məsələnin hərbi məqsədi budur. Siyasi məqsədinə gəldikdə isə, Ukraynanın bu hücumlarla birlikdə danışıqlar masasında bir növ əlini gücləndirmək istəyini görə bilərik. Fikrimcə, Ukrayna bu əraziləri ələ keçirməklə qarşıdakı perspektivdə Rusiya ilə danışıqlarda daha möhkəm mövqedə çıxış etməyi hədəfləyir”.
Politoloqun fikrincə, Rusiya ordusu hazırda Ukrayna hərbçilərini ərazilərindən atmağa qadir deyil: