• 25 Noyabr 2024 09:48

Beynəlxalq Kosmik Stansiyada ilişib qalan NASA astronavtları Yerə 2025-ci ildə qayıdacaq

Beynəlxalq Kosmik Stansiyada ilişib qalan NASA astronavtları Yerə 2025-ci ildə qayıdacaq

“Beynəlxalq Kosmik Stansiyada bir neçə gün qalmalı olan astronavtlar texniki nasazlıqlar ucbatından Yerə dönə bilmir…”

 

Amerikanın NASA Kosmik Agentliyi “Boeing” şirkətinin “Starliner” kosmik gəmisini Beynəlxalq Kosmik Stansiyadan astronavtlar Butç Uilmor və Suni Uilyams olmadan Yerə qaytaracaq.

 

Tacxeber.com xəbər verir ki, bu barədə agentliyin bəyanatında deyilir. Məlumatı Hindistanın “Money Control” nəşri yayıb.

 

Stansiyanın ekipaj olmadan geri qaytarılması NASA və “Boeing” şirkətinə “Starliner” kosmik gəmisinin əvvəlki uçuşu zamanı keçirdiyi sınaqlar barədə məlumatlar toplamağa, habelə ekipajı daha böyük riskə məruz qoymamağa imkan verəcək.

 

Uulmor və Uilyams iyun ayında Beynəlxalq Kosmik Stansiyada kosmosa uçub, stansiyada tədqiqatlara dəstək verir, onun texniki təminatı ilə, həmçinin “Starliner” sistemlərinin testləşdirilməsi və məlumatların təhlili ilə məşğul olur.

 

Onların kosmik stansiyada səkkiz gün qalacağı planlaşdırılıb. İndi isə astronavrlar 2025-ci ilin fevralınadək kosmosda qalacaq. Onlar “SpaceX”in “Crew-9” missiyasına daxil edilən iki digər ekipaj üzvlərilə birgə “Dragon” kosmik gəmisində Yerə dönəcək.

 

“Kosmik uçuş hətta ən təhlükəsiz və adi variantda belə risk deməkdir. Sınaq uçuşu öz təbiətinə görə nə təhlükəsiz, nə də adidir. Astronavtlar Uilmor və Uilyamsın Beynəlxalq Kosmik Stansiyada saxlamaq qərarı və “Boeing” şirkətinin “Starliner” gəmisinin ekipajsız evə qaytarılması bizim təhlükəsizliyə sadiqliyimizin nəticəsidir”, – bunu NASA-nın administratoru Bill Nelson deyib.

 

Gözlənilir ki, “Starliner” kosmik stansiyadan ayrılacaq və atmosferə təhlükəsiz, nəzarət edilən və avtonom giriş edəcək, sentyabrın əvvəlində Yerə enəcək.

Tacxeber.com

Oxşar xəbərlər