Teleqramın qurucusunun Bakıda görüşdüyü qız da yoxa çıxıb – FOTO
Telegram-ın yaradıcısı Pavel Durov saxlanılarkən yanında qız və cangüdəni olub.
Tacxeber.com xəbər verir ki, “Baza” Telegram kanalı Durovla birgə həmin qızın – 24 yaşlı Yuliya Vavilovanın da saxlanıldıgını bildirib.
Xəbərdə qeyd olunur ki, dünəndən valideynləri onunla əlaqə saxlaya bilmirlər. Yuluyanın atası qızı ilə sonuncu dəfə danışanda onun Parisə getmək planı barədə öyrəndiyini bildirib.
Bundan əvvəl Yuliya sosial şəbəkədə Bakıdan foto paylaşıb. Həmin vaxt Durov da Bakıda olub.