• 24 Noyabr 2024 15:54

Putinə məruzə olundu: Rusiya addım-addım geri çəkilir

Rusiya cəbhənin daha az prioritet kəsb edən istiqamətlərində olan qüvvələrini Ukrayna ordusunun Kursk vilayətindəki əməliyyat zonasına köçürməkdə davam edir.

 

Bu bararədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

 

Rusiyanın 810-cu dəniz piyada briqadası, 155-ci dəniz piyada briqadası, 11-ci hava-desant briqadası, 56 və 51-ci piyada alaylarının komandirləri Prezident Vladimir Putinə Ukrayna ilə həmsərhəd olan Rusiya ərazilərində döyüş tapşırıqlarının icrası barədə məruzə ediblər. ABŞ institutu güman edir ki, söhbət Kurskdan gedir. Qeyd olunur ki, həmin gün Putin Baş Qərargah rəisi Valeri Gerasimov və Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Sergey Rudski ilə görüşüb. Generallar Kreml sahibi ilə Kurskun işğalını müzakirə ediblər.

 

İnstitut 810-cu dəniz piyada briqadası, 155-ci dəniz piyada briqadası və 11-ci hava-desant diviziyasının Kurskda apardıqları döyüş əməliyyatlarını müşahidə edib. Rusiya hərbi komandanlığının bu yaxınlarda diviziyanın 56-cı alayının hissələrini də Robotindən (Zaporoje) Rusiyaya köçürdüyünə dair sübutlar var.

 

Amerikalı analitiklər Hava-desant diviziyasının 51-ci alayının hissələrinin Kurskda yerləşdirilməsi barədə Putinə məruzə olunduğunu da iddia edir.

Bundan əlavə, ISW Rusiyanın Xarkov vilayətinin şimalındakı cəbhə xəttindən 810 və 155-ci dəniz briqadalarının qırıcıları və Çasiv Yardan 11-ci hava desant briqadasının bölmələrini yenidən yerləşdirdiyini güman edir.

 

“Rusiya hərbi komandanlığı Donetsk vilayətində Pokrovsk şəhərinin ələ keçirilməsi üçün prioritet istiqamətlərdən qüvvələrin çıxarılmamasına çalışır. Amma Kurskdakı müdafiə əməliyyatları teatrına daha az prioritet olan istiqamətlərdən qüvvələri köçürməyə davam edəcək”, – amerikalı analitiklər vurğulayırlar. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər