• 24 Noyabr 2024 09:08

7 gün sumaq suyu içsəniz, orqanizminizdə nə baş verər? – Möcüzəvi faydaları

 

Sumaq mühüm faydaları ilə ən çox istehlak edilən bitkilər arasındadır.

 

Tacxeber.com xəbər verir ki, İbn Sinanın “Əl-Kanun-Fi’t” tibb kitabında da bəhs etdiyi sumaq mədə problemlərindən qaraciyər xəstəliklərinə, ağız yaralarından həzmsizliyə qədər bir çox problemi aradan qaldırır.

 

Odur ki, 7 gün davamlı sumaq suyu içməyin faydalarını təqdim edirik:

 

– Qanda insulinin miqdarını tarazlaşdırır. Bu xüsusiyyəti sayəsində diabet və yüksək təzyiq xəstələrinin istehlak etməli olduğu qidalar sırasındadır.

 

– Antioksidan təsiri sayəsində yuxarı tənəffüs yolları xəstəliklərində anidən yaranan yüksək hərarəti salaraq beyin sağlamlığını qoruyur.

 

– Həftədə bir stəkan içilən sumaq şirəsi sinir sistemində deformasiyaya uğramış hüceyrələrin sayını azaltmaqla sağlam hüceyrələrin artmasına kömək edir. Həm də yorğunluq, stress və depressiya kimi xəstəliklər riskini azaldır.

 

– Qida zəhərlənməsi zamanı sumağı qaynadıb bir stəkan içsəniz, həm mədənizi, həm də bağırsaqlarınızı təmizləyərək sidik və defekasiya yolu ilə bədəndən zəhərlənməyə səbəb olan zərərli bakteriyaları atacaq.

 

– Gün ərzində yarım çay stəkan sumaq suyu içmək həzm pozğunluğunun və şişkinliyin qarşısını alır.

 

– Həzmi tənzimlədiyindən arıqlamaq üçün sumaq suyundan istifadə edə bilərsiniz.

 

– Anoreksiya problemi olan uşağa ayda bir dəfə sumaq şirəsi içmək də faydalıdır. Həm uşağınızın bədəninin müqavimətini artırır, həm də iştahını artıraraq daha sağlam qidalanmasına kömək edir.

 

İbn Sinanın sağlamlıq üçün tövsiyə etdiyi sumağın sağlamlığımıza faydaları

 

– Xolesterolu tənzimləyir.

 

-Dəri qoruyucu xüsusiyyətlərə malikdir. Dəri problemlərinin müalicəsində istifadə edilə bilər.

 

– Sumaq toxumu ağciyər infeksiyasına və onu törədən göbələklərə qarşı təsirlidir.

 

– Oynaq xəstəliklərinin qarşısının alınmasında faydalıdır.

– Ağız yaralarını sağaldır.

– Ürəyə faydalıdır

– Qaraciyəri qoruyur.

– Ağız yaralarına yaxşı gəlir.

– Orqanizmə sidikqovucu təsir göstərir. Bu sayədə sidik yolları infeksiyalarından qorunmağa kömək edir və yüksək təzyiqi aşağı salır.

 

Türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis, professor Canan Karatayın tövsiyyə etdiyi sumaq çayı da olduqca faydalıdır.

 

Sumaq çayının müntəzəm istifadəsi qaraciyərdə yığılan bütün toksinləri təmizləməyə kömək edir. Lakin sumaq çox güclü toksin təmizləyici olduğundan hamilə qadınların ondan istifadə etməməsi tövsiyə olunur. Həm də həftədə 3-4 dəfədən çox olmamaq şərtilə içilə bilər.

Araşdırmalar göstərir ki, sumaq orqanizmdə oksidləşdirici stressi azaltmağın ən sağlam yollarından biridir. Sumaq antioksidantlar kimi bədən hüceyrələrini yeniləyir.

 

Sumaq çayını necə hazırlamaq olar?

Çay stəkanına bir çay qaşığı üyüdülmüş sumaq toxumu əlavə edin. Üzərinə qaynar su tökün və qarışığı dəmləyin. Təxminən 5 dəqiqə gözlədikdən sonra sumaqlı çayınız hazır olacaq. İstəyirsinizsə, çaya 1 və ya 2 damcı kəklikotu yağı da əlavə edə bilərsiniz.

Ancaq diqqətli olun, sumaq çayının həddindən artıq istehlakı mədə yanması və ya reflü kimi yan təsirlərə səbəb ola bilər. Buna görə də, istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşmək vacibdir.

Tacxeber.com

Oxşar xəbərlər