• 24 Noyabr 2024 03:55

Yumaq bəs etmir, qabığı soyulmalıdır

Çinin Anhui Kənd Təsərrüfatı Universitetinin mütəxəssisləri meyvə və tərəvəzlərin qabıqlarına nüfuz edən kimyəvi maddələri araşdırıblar.

 

Tacxeber.com xəbər verir ki, nəticələrə əsasən meyvə-tərəvəzin yuyulmasının onları sağlam saxlamaq üçün kifayət etmədiyi müyənləşdirilib. Bir çoxları əksər meyvə və tərəvəzin qabığında daha çox vitamin olduğunu iddia edib. İllərdri onları qabığı ilə yeyənlər də az deyil.

 

Tədqiqatçılar qeyd ediblər ki, alma və ya xiyar bu cür meyvə-tərəvəz siyahısına aid edilə bilməz. Onları yeyərkən mütləq qabığını soymalısınız.

 

Buna səbəb isə tərkibində ziyanlı maddələrin olmasıdır. Belə ki, qabıqlarda qaraciyər xərçənginə səbəb olan zərərli pestisidlər var. Onları yumaq bunu məhv etmək üçün kifayət deyil.

Tacxeber.com

Oxşar xəbərlər