Ərdoğan müxalifətçi deputatı məhkəməyə verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətçi deputata qarşı 250 min lirə (təxminən 7,3 min dollar) mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edib.
“Report”un məlumatına görə, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın “X” sosial şəbəkəsində məlumat verib.
“Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir üzrə millət vəkili Tuncay Özkanın prezidentimizə qarşı əsassız və vulqar ifadələri ilə bağlı 250 min türk lirəsi mənəvi ziyana görə təzminat iddiası qaldırılıb”, – deyə o bildirib.