Qurban Yetirmişli həyəcan təbili çaldı: Bakıda 8-9 ballıq ərazilərdəki binalar…
“Mən bir il qabaq bu haqda fikirlərimi söyləmişəm və indi də deyirəm ki, binaların altında pozuntuların getməsi iə bağlı məqamları öyrənmək vacibdir. Gərək bina altı tədqiqat aparıb bilsən ki, nə var nə yox. Belə şeylərdən qaçmaq lazımdır”.
Tacxeber.com xəbər verir ki, bunu Referans.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Bakıda yeni tikililərdə yaşayan əhalini gözləyən təhlükələrdən danışarkən qeyd edib.
Bəs, maraqlıdır, Bakıda tikilən binaların yerləşdiyi ərazinin hansı geoloji quruluşda olması öyrənilirmi?
Seysmoloi Xidmət Mərkəzi əhalini gözləyən təhlükələrdən qorumaq məqsədilə tikinti şirkərtləri və aidiyyatı qurumlara hansısa rəy verirmi?
“Bakıda bu qədər bina tikilir, bunların 90 faizinin zəlzələyə davamlı olmağını əlbəttə ki, öyrənmişik. Bəli, yeri gələndə Şəhərsalma və Arxitektura Komitəsi ilə məsləhətləşirik. Bakıdakı qəzalı vəziyyətdə olan binaların sökülməsi ilə bağlı isə sərəncam var. Eşitdiyim məlumata görə, həmin binaların yerində bağlar salınacaq. Yəni şəhər genişləndiriləcək. Bu cür tapşırıqlar var”.
Qurban Yetirmişi Bakıda 8 ballıq, həmçinin 9 ballıq ərazilərdə tikilən binaların olduğunu deyib. Müsahib hər binanın altını ayrıca öyrənməyi məsləhət bilib. Çünki bu ərazilər geoloji quruluş baxımından mürəkkəb olan ərazilər sayılır.