• 20 Sentyabr 2024 12:57

Teleqramda saxta iş təklifi: Cinayətə ortaq ola bilərsiniz – DİQQƏT!

“Diqqətli olun! Pul qazanmaq istəyərkən cinayətə ortaq ola bilərsiniz”. 

 

Tacxeber.com xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib. O bildirib ki, Teleqram platformasında vətəndaşlara iş təklif olunur:

 

“Təklif belədir ki, sizə bir nəfər məktub yazır və deyir ki, özüm xaricdəyəm, nənəmdən pulu götürüb kriptovalyuta alıb, mənə göndərmək lazımdır. Əvəzində o pulun üzərindən yükləyəndə xidmət haqqını götürərsən.

 

Bununla razılaşan vətəndaşlar pulu götürmək üçün nənənin yanına gedirlər. Sizcə o nənə kim olsa yaxşıdır? Övladı adından onun səsi ilə dələduzluğa məruz qalmış, qəza ilə adam vuran uşağına evdəki pulunu göndərən yaşlı qadın.

 

Mexanizm belə qurulub. Həmin o kuryer də pulu kriptovalyuta ilə özü də bilmədən xaricə göndərir və beləcə pulun kimə çatdığı məlum olmur. Azərbaycanda qurbanlar var. 10 000-dən çox vəsaitini itirənlər var. Azərbaycan Daxili İşlər Nazirliyi bir neçə kuryeri saxlayıb və bununla bağlı kütləvi xəbərdarlıqlar edib”.

 

Texnoblogerin sözlərinə görə, bu, dünyada yayılmış məşhur dələduzluq və talama növüdür:

 

“Pul Azərbaycandan çıxarılır. Hara getdiyi də məlum olmur. Ümumiyyətlə, bu işi görənlər Azərbaycanda deyillər. Sadəcə vətəndaşlardan kuryer kimi istifadə edirlər.

 

Yenə Teleqram yenə kriptovalyuta. Cinayətdə iz itirmək üçün sui-istifadə olunan texnologiyalar”, – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər