Ukrayna Rusiyadakı hədəflərini ABŞ-a təqdim edəcək
“Ukrayna icazə verildiyi təqdirdə Rusiyada vura biləcəyi hədəfləri Bayden administrasiyasına təqdim edəcək”.
Tacxeber.com xəbər verir ki, bu barədə “Politico” yazıb.
Nəşr yazır ki, Ukrayna hakimiyyəti ABŞ-ın yüksək rütbəli milli təhlükəsizlik rəsmilərinə Vaşinqtonun Amerika silahlarının tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldıracağı təqdirdə Ukrayna Silahlı Qüvvələrinin vura biləcəyi Rusiya Federasiyasındakı uzaqmənzilli hədəflərin siyahısını təqdim etməyə hazırlaşır.
“Kiyev bu siyahıdan Vaşinqtonu Rusiyada Amerika silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandırmaq üçün son cəhd kimi istifadə edir”, – materialda deyilir.