Ukrayna Belqoroda girmək istədi: vəziyyət ağırdır…
Ukrayna ordusu bu səhər Nexoteyevka rayonu ərazisindən Belqorod vilayətinə girmək istəyib.
Bu barədə Rusiya Teleqram kanalları və rusiyalı hərbi blogerlər məlumat yayıb.
Məlumata görə, 200-ə qədər hərbçi bir neçə PDM vasitəsilə sərhədi keçməyə cəhd edib və toqquşma başlayıb. Bildirilib ki, Ukrayna ordusu 20-yə yaxın itki verərək geri çəkilib.