• 23 Noyabr 2024 06:40

Durovun sevgilisinin harada olduğu məlum oldu

 

“Telegram”ın qurucusu Pavel Durovun Fransada saxlanılan sevgilisi Yuliya Vavilova məhkəmə prosesi zamanı Parisdə qalıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb.

 

Qeyd olunur ki, Vavilova yalnız Rusiya vətəndaşlığına malikdir, ona görə də fransızlar onu ittiham olmadan ölkədə saxlaya bilməzlər. O və Durovun mühafizəçisi şahid qismində çıxış edirlər. Onlar artıq dindirilib və sərbəst buraxılıblar. Eyni zamanda, onların telefonları müvəqqəti olaraq yoxlama üçün götürülüb.

 

Bundan sonra Vavilova Fransa məhkəməsinə çağırıla bilər və orada “Telegram”ın təsisçisinin müdafiəsi üçün çıxış edə bilər. Ancaq belə hallarda iştirak yalnız Fransa vətəndaşları üçün məcburidir. O, Fransa ərazisini problemsiz tərk edə bilər.

 

Xatırladaq ki, Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlmişdi.

 

Prokurorluq aydınlaşdırıb ki, Durov 12 cinayətdə ittiham olunan adı açıqlanmayan şəxslə bağlı aparılan istintaq çərçivəsində dindirilir. İş iyulun 8-də açılıb.

Tacxeber.com

Oxşar xəbərlər