Avropa qorxu içində – Rusiya Norveçi “vura” bilər
Yeddi Avropa ölkəsinin təhlükəsizlik xidmətləri hazırda Avropanın ən böyük qaz tədarükçüsü olan Norveçin enerji obyektlərində Rusiya Federasiyası tərəfindən mümkün təxribat törədilməsi barədə məlumat verib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, Norveç, Almaniya, Belçika, Niderland, Finlandiya, İsveç və İslandiyanın milli təhlükəsizlik xidmətinin nümayəndələrinin iştirak etdiyi qapalı iclasda Norveçin Avropaya enerji resurslarının əsas təchizatçısı kimi rolu müzakirə edilib:
“Biz təkcə Almaniyanı və ya norveçli həmkarlarımızı deyil, hamımızı maraqlandıran bir hadisə görürük. Bu, Rusiya kimi bəzi tərəfdaşlardan gələn təhlükədir, o cümlədən təkcə casusluq əməliyyatları deyil, həm də bəzi bölgələrdə təxribat riski var”.