Supermarketlər əhalini belə aldadır – 500 milyonluq FIRILDAQ
Bakıdakı supermarketlərdə bir çox hallarda məhsulların rəf qiyməti ilə kassa qiyməti üst-üstə düşmür. Məhsulun kassa qiyməti daha baha olur. Kassir isə səbəb kimi rəf qiymətinin köhnə olmasını bildirir. Bəs bu cür halların aradan qaldırılması üçün hansı işlər görülməlidir?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, belə halların qarşısını almaq üçün dövlət orqanları heç bir tədbirlər görmür:
“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yaxşı işləmir, bildirir ki, gərək istehlakçı malı alandan sonra kassa çekini götürüb rəfdəki qiymətlə müqayisə etsin. “Əgər onu aldadıblarsa, bizə çeki və rəfdəki qiyməti göndərsin. Biz bununla bağlı tədbir görək”.