• 24 Noyabr 2024 09:23

Kərbəlada daha bir Azərbaycan vətəndaşı dünyasını dəyişdi

İraqın Kərbəla şəhərində ziyarətdə olan daha bir Azərbaycan vətəndaşı vəfat edib.

 

“Qafqazinfo” xəbər verir ki, Masallı rayon Mollalı kənd sakini Hacı Gülhüseyn dünən Kərbəlada dünyasını dəyişib.

 

Onun harada dəfn ediləcəyi barədə hələlik məlumat verilməyib.

 

Qeyd edək ki, dünən Kərbəlada Bakı şəhər Sabunçu rayon sakini Hacı Dəyanət də vəfat edib. Öncəki günlərdə isə ziyarətdə olan Bakı şəhər sakinləri Kərbəlayi Elşən və Hacı Rafiq də orada dünyalarını dəyişiblər.

Tacxeber.com

Oxşar xəbərlər