Pavel Durov valideynlik hüququndan məhrum edildi
Bir neçə gün əvvəl Parisin Le Burje hava limanında saxlanılan, ötən gün zad edilən teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durov valideynlik hüququndan məhrum edilib.
Tacxeber.com xəbər verir ki, bu haqda özünü Pavel Durovun iki oğlu və bir qızının anası adlandıran İrina Bolqar sosial şəbəkədə məlumat yayıb. Qadın bildirib ki, iş adamı onun Avropada övladları ilə birlikdə yaşadığı maliyyə resurslarına çıxışını əngəllədikdən, həmçinin şəxsi əlaqə imkanlarına mane olduqdan sonra o, İsveçrədə daha sonra yaşamaq məsələsini müstəqil həll etmək məcburiyyətində qalıb.