• 23 Noyabr 2024 17:30

Boğazında ət qalan polkovnik vəfat etdi

Rusiya Federal Təhlükəsizlik Bürosunun polkovniki qeyri-adi şəraitdə ölüb. 

Lent.az yerli mediaya istinadla bildirir ki, 50 yaşlı Maksim Eremin Moskvada nahar zamanı ətdən boğularaq dünyasını dəyişib.

 

Məlumata görə, yemək yeyərkən xırda ət parçası Ereminin boğazında ilişib qalıb və nəfəs almasına çətinlik yaradıb. O, dərhal Voroxobov xəstəxanasına çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər. Tibbi rəyə görə, ölümə səbəb mexaniki asfiksiyadır.

 

Maksim Eremin 90-cı illərin Rusiya futbol hərəkatında tanınmış siması və məşhur CSKA “Qırmızı-Mavi-Döyüşçülər” futbol qrupunun yaradıcılarından biri olub.

Tacxeber.com

Oxşar xəbərlər