Zaurun, Xoşqədəmin, Elgizin verilişləri bağlanacaq? – AÇIQLAMA
Bu ilin mart-aprel aylarında televiziyalarda yayımlanan yüksək reytinqli bəzi sosial verilişlər tənqid hədəfi oldu. Bu proqramların gənc nəslin tərbiyəsinə, orta yaşlı insanların psixologiyasına, bütövlükdə cəmiyyətə mənfi təsir göstərdiyi, ailə institutunu zədələdiyi deyildi. Ona görə həmin verilişlərin qapadılmalı, efirdən yığışdırılmalı olduğu fikri irəli sürüldü. İlkin olaraq proqramların efir vaxtının azaldılmasına başladıldı.
Bəs bu məsələdə son durum necədir? Ötən mövsümdə tənqid edilən və vaxtı azaldılan həmin verilişlər yeni sezonda bağlana bilərmi? Ümumiyyətlə bu kimi tənqid edilən layihələrə nə kimi alternativlər təqdim oluna bilər?
Tacxeber.com News24.az-a istinadən bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, televiziya hər bir vətəndaşın evinə daxil olur, dünyagörüşünə təsir edir:
“İctimai şüura təsir edə bilən ən mühüm vasitədir. Burada ictimai-siyasi proseslər barədə dolğun, düzgün məlumatların yayılması, maarifləndirici proqramların olması vacibdir. Əyləncə xarakterli verilişlərin özü də müəyyən prinsiplərə söykənməlidir. Əyləncəli proqramlar adı ilə yad dünyagörüşlü, yad əxlaqlı, milli-mənəvi dəyərlərə zidd məzmunun yayılması xoş olmayan hadisədir.
Bu baxımdan milli telekanallarda bayağı, ucuz şou proqramların yayımlanmasını əksəriyyət qınayır. Bu verilişlərə çəki-düzən verilməsi yaşadığımız dövrdə daha vacibdir. Çünki qloballaşma prosesi milli dəyərləri ciddi şəkildə təhdid edir. Belə bir şəraitdə bəzi telekanallar milli dəyərlərimizin qorunub saxlanılmasına, modernləşdirilib yeni dövrə ötürülməsinə yardım göstərmək əvəzinə, bayağı verilişlərə yer ayırıb, əksinə hərəkət edirlər”.
M.Ələsgərlinin fikrincə, onların öz proqram və efir siyasətlərində dəyişiklik etmələri zəruridir: