• 20 Sentyabr 2024 06:41

Azərbaycanda kişilərin ömrü qısalıb – RƏSMİ

Ötən il Azərbaycanda doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73,5 il, qızlar üçün isə 78,4 il müəyyən edilib. 

 

Tacxeber.com xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanın demoqrafik göstəriciləri” statistik məcmuəsində yer alıb.

 

2022-ci ildə doğulanlarla müqayisədə ötən il kişilər üçün gözlənilən ömür uzunluğu azalıb, qadınlar üçün isə dəyişməz qalıb. Belə ki, 2022-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73,6 il olub.

Tacxeber.com

Oxşar xəbərlər