• 20 Sentyabr 2024 06:32

Oğuzda ayı 62 yaşlı kişini ayı parçalamaq istədi.

Oğuz rayonunda ayı 62 yaşlı kişiyə hücum edərək yaralayıb.

 

Tacxeber.com Report-a istinadən məlumatına görə, hadisə Xalxal kəndinin inzibati ərazisindəki yaylaqda baş verib.

 

Belə ki, Calut-2 qəsəbəsində məskunlaşmış, Xocalı rayon sakini, 1962-ci il təvəllüdlü Bakir Sabir oğlu Əliyev yaylaq ərazidə mal-qara otararkən ayı anidən heyvanlara hücum çəkib. Bu zaman heyvanları xilas etmək istəyən sakin özü də ayının hücumuna məruz qalıb. Əlindən və ayağından xəsarət alan Bakir Əliyev Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Tacxeber.com

Oxşar xəbərlər