Su Ehtiyatları Agentliyi SUSUZ qaldı
Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 84-də yerləşən Hökumət Evində suyun verilişi dayandırılıb.
Bu barədə məlumat Hökumət Evindən verilib.
6 hektar ərazini əhatə edən Hökumət Evində bir çox vacib qurumlar fəaliyyət göstərir. Bu qurumlar arasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də var.