Bakıda məşhur tikinti şirkəti dövlətin yolunu şəxsi parklanmaya çevirib – FOTO
Bakıda obyektin qarşısının zəbt olunması ilə bağlı oxuculardan biri redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Nəriman Nərimanov rayonundan gedir.
Belə ki, Yanvar Nəsirov və Zeynal Xəlilov küçələrinin kəsişməsində (keçmiş Montin bazarının yanında) yerləşən “RR Construction” tikinti şirkətinin qarşısı qanunsuz olaraq zəbt olunub: “Əvvəl sakinlərlə birgə avtomobilimizi orada rahat park edə bilirdik. Lakin indi dəmir maneələr quraşdırılaraq ərazi özəlləşdirilib. Aidiyyəti qurumlardan xahiş edirik ki, dövlətin yolunu şəxsi parklanmaya çevirən şəxsləri məsuliyyətə cəlb etsin və quraşdırılmış dəmir maneələr sökülsün” – deyə oxucu bildirib.