“İnsanlarımız çatışmayan kalorilərini ucuz çörək hesabına kompensasiya edirlər”
Rəsmi məlumata görə 2023-cü ildə Azərbaycanda adambaşına 116,3 kq çörək yemişik. Bu rəqəm əhalinin 10 mln. olduğu var sayıma ilə hesablanıb, halbuki, ölkədə ən yaxşı haqlda 8,5 mln. insan yaşayır. Bundan başqa, 116,3 kq rəqəminə yol kənarında kiçik təndirlərdə istehsal edilən və satılan, balaca çörək sexləri, ev şəraitində əhalinin özü üçün bişirdiyi çörək həcmi daxil deyil. Yuvarlaq hesablasaq, bu rəqəm 130 kq-ya qədər arta bilər, real yaşayan əhali sayına bölsək, adambaşına günə, təqribən, 350 qram çörək düşür ki, bu yoxsulluq göstəricisi sayılır. Çünki çörək ucuz və kalorilidir, insanlarımız çatışmayan kalorilərini ucuz çörək hesabına kompensasiya edirlər. O da var ki, bizim mətbəx mədəniyyətində çörək ənənəvi olaraq çox istehlak olunur, bəli, bu da var, amma inkişaf etmiş ölkələrə baxanda bizdə normadan 3-4 dəfə çox çörək istehlakı var.
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli bildirib.