Kiyevə uçan bütün dronlar vuruldu!- Rusiya daha 1360 əsgər və 8 tank itirdi…-RƏSMİ
Avqustun 31-də gecədən səhərə kimi Kiyevi təhdid edən bütün Rusiya zərbə dronları hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə məhv edilib.
“Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu haqda Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.
Təfərrüatlar:
Rəsmilərə görə, bu, həftə ərzində Kiyevə edilən dördüncü hava hücumudur.
Gecə boyu döyüş sursatları – dalğalarla və müxtəlif istiqamətlərdən gəldi.
Paytaxtda hava hücumu xəbərdarlığı dörd dəfə elan edilib və ümumilikdə 4 saata yaxın davam edib.
İlkin məlumata görə şəhərdə dağıntı və tələfat olmayıb.
“Gördüyünüz kimi, Kiyev bu müharibədə rus təcavüzkarının prioritet hədəfi olub və olacaq. Ona görə də mən təkidlə Kiyev sakinlərini və şəhərin qonaqlarını şüurlu və intizamlı olmalarını xahiş edirəm. Həmişə hava hücumu qaydalarına əməl edin – sığınacaqlara yollanın!” Kiyev ŞHA-nın rəhbəri Sergey Popko öz müraciətində belə deyib.