• 22 Noyabr 2024 19:49

Ukrayna Rusiyanı vurdu

Ukrayna və Rusiya arasında qarşılıqlı hücumlar davam edir. Ukrayna növbəti dəfə Rusiyanın sərhəd bölgəsi olan Belqorodu hədəfə alıb.

 

Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov açıqlamasında  deyib.

O bildirib ki, dünən axşam saatlarında həyata keçirilən hava zərbələri nəticəsində biri qadın olmaqla 5 nəfərin hadisə yerində ölüb, 6-sı uşaq olmaqla 37 mülki vətəndaşın yaralanıb.

 

Həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verən Qladkov 3-ü uşaq olmaqla 10 yaralının vəziyyətinin ağır olduğunu bildirib. Hücum nəticəsində binaların zərər gördüyünü, ən azı 20 avtomobilin də zərər gördüyünü bildirən Qladkov əraziyə gedərək səlahiyyətlilərdən məlumat alıb.

Tacxeber.com

Oxşar xəbərlər