KQB-nin eks-agenti Putinin sirrini açdı
Kreml 2024-cü ilin sentyabrında iki kriptovalyuta birjası yaratmağı planlaşdırırdı ki, bura BRİKS ölkələrini cəlb etsin.
Tacxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşı Yuri Şveç çıxış edib.
O deyib ki, Moskva bu birjaları “Teleqram”ın bazasında yaratmaq istəyib:
“Putin çalışır ki, Qərb sanksiyalarını kriptovalyutalar vasitəsilə həyata qarşılıqlı hesablaşmalarla keçsin. Gələcəkdə isə ABŞ-ın Federal Rezerv Sisteminə alternativ yaradılmalı idi. Burada isə Qərbə müxalif olan bütün ölkələr iştirak edib, hesablaşma aparmalıdırlar”.