Beyininə çip yerləşdirilmiş ilk xəstə, artıq dil öyrənir – Texnoloji möcüzə
İlon Maskın beyin-maşın interfeysi şirkəti Neuralink-in ilk xəstəsi olan Noland Arbaugh, beyninə yerləşdirilən çip sayəsində gündəlik həyat bacarıqlarında böyük irəliləyişlər əldə etdiyini və universitetə qayıtmağı planlaşdırdığını bildirib.
Tacxeber.com xarici mətbuata istinadən xəbər verir ki, 2016-cı ildə uğursuz dalğıc qəzası nəticəsində çiyinlərindən aşağı iflic olan Noland Arbaugh, yanvar ayında Neuralink implantı üçün əməliyyat olunmuşdu. Uğurlu əməliyyatdan sonra isə cihazın tam işləməsi üçün bəzi düzəlişlər edilməli olmuşdu. Ancaq indi Neuralink sayəsində Arbaugh-un həyatı kəskin şəkildə dəyişib. Arbaugh, Neuralink komandası ilə həftənin 5 günü hər gün təxminən 4 saat sərf etdiyini bildirir. Bu proses zamanı implantın funksionallığı yoxlanılır və təkmilləşdirilir. O, boş vaxtlarında bu cihazdan oxumaq, İncili incələmək və yeni dilləri öyrənmək üçün istifadə edir.