Xırdalanda yaşayış binasının pilləkəni çökdü: Nazirlik araşdırmalara başladı
“Xırdalan şəhərində yaşayış binasının giriş hissəsində pilləkən çökməsi nəticəsində xəsarət alan olmayıb”.
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi verib.
“1991-ci ildə tikilərək sakinlərin istifadəsinə verilən Xırdalan şəhəri, 26-cı məhəllə, 1 saylı binanın 1-ci blokunun giriş hissəsində – pilləkən qəfəsində çökmə baş verib.
Dərhal Abşeron RİH-nin və müvafiq qurumların əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və sakinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvəqqəti keçid sifariş verilib, Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumlarına məlumat verilib.