Simali Osetiyanın paytaxtı Vladiqafqazda Muxtarov məscidi.
Muxtarov məscidi.
Şimali Osetiyanın paytaxtı Vladiqafqaz şəhərində, Terek çayının sahilində yerləşən məscid əsasən Bakı milyonçusu Murtuza Muxtarovun vəsaiti hesabına 1900-1908-ci illərdə tikilib. Tələb olunan 80 min rubldan 50 minini Muxtarov ödəyib. O bunu həyat yoldaşı, osetin qızı Yelizaveta (Liza)Tuqanovanın şərəfinə edib.
Osetinlər məscidi o qədər seviblər ki, 1934-cü ildə sovet hökuməti dağıtmaq istəyəndə əllərində silah müdafiə ediblər. Hazırda Muxtarov məscidi Vladiqafqazın simvollarından biri hesab olunur.