“Nə ana müqəddəsdir, nə müəllim, tək müqəddəs şey puldur”
Əvvəllər müəllimlik müqəddəs peşə sayılsa da, son vaxtlar bunun əksi müşahidə olunur. Cəmiyyətdə müəllimlərin əvvəlki nüfuzunun qalmadığını rahatlıqla söyləyə bilərik.
Bəs buna səbəb nədir?
Psixoloq Samirə Bağırova bu barədə “Yeni Sabah”aaçıqlama verib:
Bu gün tək müəllimlik peşəsi deyil, dövlət qulluqçularının tutduğu bəzi sahələr də nüfuzunu itirib. Elm və Təhsil Nazirliyi, millət vəkilləri, polis, eləcə də müəllimlik peşəsi də cəmiyyətdə əvvəlki nüfuz və hörmətin sahibi deyil. Belə ki, cəmiyyəti psixoloji basqı altında saxlayaraq idarə etməyə can atırlar”.