• 23 Noyabr 2024 19:29

Rusiyada bağırsaq infeksiyası yayılıb, yoluxanlar var

Kabardin-Balkar Respublikasında (Rusiya) bağırsaq infeksiyası yayılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə region prokurorluğu məlumat yayıb.

 

Məlumata görə, artıq Baksan şəhərində yoluxma ilə əlaqədar 200-dən çox insan həkimə müraciət edib:

 

“Onlardan 63 nəfər, o cümlədən 56 uşaq xəstəxanaya yerləşdirilib. Uşaqların vəziyyəti orta ağırdır”.

 

Respublika prokuroru Nikolay Xabarovun tapşırığı ilə Baksan şəhərində naməlum etiologiyalı kəskin bağırsaq infeksiyalarının qeydə alınması faktı ilə bağlı yoxlama təşkil edilib.

Tacxeber.com

Oxşar xəbərlər