• 24 Noyabr 2024 12:17

Kəramət Böyükçölün hakimiyyəti öyən məqaləsi aranı qatdı – AXCP ilə yazıçı arasında gərginlik

“Yavaş-yavaş özünə qayıdırsan, düz də edirsən. Özünə qayıt Kəramət, sən özün olanda daha səmimi olursan”.

 

Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Məmməd İbrahim sosial şəbəkə hesabında yazıb.

 

Müəllif yazıçı Kəramət Bötükçölün Heydər Əliyev haqqında 2013-cü ildə yazdığı məqaləni paylaşaraq onun müxalifətə dərs keçməsinə etirazını bildirib:

 

Kəramət Böyükçölün müzakirələrə səbəb olan məqaləsini təqdim edirik:

“Çox haqlı deyirlər ki, Heydər Əliyev Azərbaycanı yenidən qurub. O, ayağını hara basıbsa, orada torpaq çiçək açıb. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, zavod və fabriklər teatrlar, kitabxanalar, heykəllər… ölkəmizdəki bütün mədəni sərvətlər onun adı ilə sıx bağlıdır.”

 

“Ulu öndər müdrik adam idi. Oğlu, cənab prezident İlham Əliyev və büyük bir siyasətçi ordusu onun məktəbimdən dərs almışdı. İlham Əliyev gecə də, gündüz də onun yanında idi. Hər zaman ondan öyrənirdi. Yaxşı yadımdadır ki, bir dəfə İlham Əliyev televiziyadakı çıxışlarının birində dedi ki, hər hansı çətin bir məsələ ilə üz-üzə qalanda fikirləşirəm ki, atam burada nə edərdi, hansı addımı atardı. Azərbaycan tarixində iki dövlət başçısının atasının adı Heydər idi. Şah İsmayıl Xətai və İlham Əliyev. Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirib ilk dəfə mərkəzləşdirilmiş dövlət yaratmışdı. Burada mütləq mistik bir məna vardır və mən məhz bu amili nəzərə alaraq İlham Əliyevin rəhbərliyi ilə gələcəyimizə böyük ümidlər bəsləyirəm.”

 

Xatırladaq ki, Kəramət Böyükçöl AXCP-nin növbədənkənar parlament seçkilərini boykot etməsinə qarşı çıxmış və bununla bağlı bir neçə tənqidi status paylaşmışdı.

 

Onun bu qəbildən olan sonuncu statusunu da təqdim edirik:

“AXCP deyir ki, gördünüzmü biz deyən oldu, seçkini boykot edənlər, nəticəsi əvvəldən bilinən seçki şousunda iştirak etməyənlər haqlı çıxdı. Guya bunlar özlərindən Amerika kəşf edib, bunlardan başqa ölkədə seçkinin necə keçirildiyini bilən yox imiş.

 

Adama deyərlər, bu seçkinin şou olduğunu bütün ölkəyə siz yox, seçkidə iştirak edən müstəqil namizədlər göstərdi. Yüzlərlə, minlərlə saxtakarlıq videoları yayıldı və siz də bu gün məhz o videolara istinad edərək saxta seçkidən danışa bilirsiniz. İkincisi, necə yəni nəticəsini bildiyiniz şouda iştirak etmək istəmirsiniz. Bəs onda Bakı Şəhər İcra Hakimiyyətinin sərbəst toplaşmaq azadlığına icazə verməyəcəyini bilə-bilə niyə mitinq müraciəti edirsiniz? Bəs onda siyasi məhbusların azadlığa buraxılmayacağını bilə-bilə niyə onların məhkəməsinə gedirsiniz?

 

Deyirsiniz ki, guya hakimiyyət AXCP-nin seçkiyə getməyini istəyirdi, amma siz getmədiniz. Gülməli bir yanaşmadı. Elementar bir sual verim. Namizəd olacağı dairədə az da olsa səs-küy yarada biləcək nə qədər müstəqil adamları müxtəlif bəhanələrlə qeydə almayan hakimiyyət AXCP-nin seçkiyə getməyini istəyərdi, yoxsa getməməyini? Sonuncu cümləni bir neçə dəfə oxuyun və düşünün, xahiş edirəm. Əlbəttə, istəməzdi. Bəs onda AXCP niyə deyir ki, hakimiyyət bizim seçkiyə getməyimizi istəyirdi?” (Savash)

Tacxeber.com

Oxşar xəbərlər