18 yaşlı qız apendisit əməliyyatından sonra dünyasını dəyişdi
Zərdabda 18 yaşlı qız cərrahiyyə əməliyyatından sonra vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Zərdab.com saytı məlumat yayıb.
Hadisənin Zərdab Rayon Mərkəzi Xəstəxanasında baş verdiyi bildirilib.
Belə ki, Zərdabın Qoruqbağı kənd sakini Qarayeva Aytən Ramil qızı dünən axşam saatlarında özünü narahat hiss edib və o, Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb.