Tehran universitetində etirazlar başladı
Tehran Universitetinin tələbələri Sosial Elmlər fakültəsinin bir neçə tələbəsinin təhsilinə qadağa qoyulmasına etiraz ediblər.
Bu barədə tələbə hərəkatı fəalları məlumat yayıb.
Etirazçılar yaydıqları bəyanatda tələbələrin universitetdən qovulmalarını ədalət prinsipləri və tələbə hüquqlarının pozulması kimi dəyərləndirib, bunun davam edəcəyi təqdirdə daha geniş aksiyalara başlayacaqlarını bildiriblər.