• 23 Noyabr 2024 17:56

Putin Əliyevdən nə xahiş edib? – Erməni KİV-dən MARAQLI İDDİA

 

“Ermənistan Baş naziri Nikol Paşinyan Ana Rusiyanın azğın oğlu kimi onun qucağına qayıda bilər”.

 

Tacxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti yayıb.

 

“Paşinyan yaxın ətrafına deyib ki, payız sürprizlərlə dolu ola bilər. Birinci qaranquş 31 avqustda mətbuat konfransında dedikləri oldu. Dünən isə bəlli oldu ki, Ermənistan BRİKS və MDB sammitlərində iştirak edəcək. Bəziləri Paşinyanın Rusiya ritorikasını dəyişməsini Putinlə 23 avqustdakı telefon danışığı ilə əlaqələndirirlər. Bu, Putinin Bakıya səfərindən 4 gün sonra baş tutdu. Paşinyanla danışandan 4 gün sonra Putin prezident Əliyevlə danışdı və cəmi bir gün sonra 2 aydır imzalanması uzanan delimitasiya haqqında reqlament imzalandı.

 

Bəzi mənbələr deyir ki, Putin Paşinyana Əliyevdən Ermənistana təzyiqləri azaltmasını xahiş etdiyini bildirib. Bəlkə də buna görə Paşinyan MDB sammitində iştirak etmək qərarına gəlib”, – erməni KİV bildirib.

Tacxeber.com

Oxşar xəbərlər