• 24 Noyabr 2024 02:46

İrandan yeni Zəngəzur hədyanı: “Sizi əmin edirik ki…”

İan əmin edir ki, Zəngəzur dəhlizi adlanan layihə reallığa çevrilə bilməz.

 

Bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.

“Bəzilərinin Ermənistanla bağlı müxtəlif adlar, o cümlədən qondarma dəhlizlə bağlı gördüyü xəyallar gerçəkləşməyəcək”, – səfir bildirib.

 

İranın səfiri əlavə edib ki, Ermənistanın ərazi bütövlüyü Tehran üçün “qırmızı xətt”dir.

İran əvvəldən Zəngəzur dəhlizinə qarşıdır. Son dörd ildə dəfələrlə bu mövzu üzərindən xüsusən də Azərbaycana qarşı təxribatçı bəyanatlar verilib, hədyanlar səsləndirilib. İranın qorxusu Azərbaycan və Türkiyənin birbaşa quru yol əlaqəsi quracağından, regiondan keçəcək beynəlxalq xətlərdən kənarda qalacağından gəlir. Yəni Tehranda yuxular buna görə qaçıb. İran həm də onu anlayır ki, artıq proses gedir və önünə keçə bilməyəcək, çünki bunu istəyənlər ondan daha güclüdür, onların qarşılarında durmaq iqtidarında deyil.

 

Tehran artıq Ermənistanı da ipə-sapa gətirə bilmir, İrəvanda da fikirlər dəyişib, “qırmızı xətt nağılı” keçmir. Ermənilər də fars hiyləsini anlayırlar.

Son olaraq buna görə Rusiyaya etiraz ediblər. Xarici işlər naziri Sergey Lavrovun məsələ ilə əlaqədar son açıqlamasından sonra Rusiya İranın rəsmi mediasında və deputatlarının çıxışlarında tənqid və təhqir olunur. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər