• 23 Noyabr 2024 20:14

Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI

Xəbər verdiyimiz kimi, 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına bir sıra müraciət və şikayətlər daxil olub. MSK-nın sentyabrın 5-də keçirilən iclasında həmin müraciətlərə baxılıb.

 

Qeyd edək ki, MSK-ya müraciətlər 12 seçki dairəsindən gəlib. 10 saylı Binəqədi üçüncü, 15 saylı Nəsimi, 22 saylı Nəsimi-Yasamal, 23 saylı Nəsimi-Səbael (7, 8, 9, 10 saylı məntəqə), 24 saylı Nizami birinci, 71 saylı Cəlilabad şəhər, 72 saylı Cəlilabad kənd, 73 saylı Masallı-Cəlilabad, 78 saylı Lənkəran kənd, 94 saylı Ucar, 97 saylı Tərtər-Ağdərə-Goranboy və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairələrinə daxil olan şikayətlər bəzi məntəqələrdə iddia olunan qanun pozuntuları ilə bağlı olub.

 

94 saylı Ucar, 71 saylı Cəlilabad şəhər seçki dairələrindən daxil olan müraciətlər isə müəyyən edilmiş müddəti əhatə etmədiyindən şikayətçilərə geri qaytarılıb.

Görəsən, MSK-ya şikayətlərin olduğu dairələrdə kimlər qalib gəlib?

Elşad Musayev


10 saylı Binəqədi üçüncü seçki dairəsinin qalibi Böyük Azərbaycan partiyasının sədri Elşad Musayev olub. O, seçicilərin 57 faizinin səsini qazanıb.

Ülvi Quliyev


15 saylı Nəsimi seçki dairəsinin qalibi isə Ülvi Quliyevdir. Ona seçicilərin 55,5 faizi səs verib.

Asim Mollazadə


22 saylı Nəsimi-Yasamal seçki dairəsindən isə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə rəqiblərini qabaqlamağı bacarıb. O, səslərin 58 faizini əldə edib.

Ziyad Səmədzadə


23 Nəsimi-Səbail seçki dairəsinin lideri isə Ziyad Səmədzadə olub. Seçicilərin 52 faizi onu dəstəkləyib.

Könül Nurullayeva


24 Nizami birinci seçki dairəsində Könül Nurullayeva qalib gəlib. Ona seçicilərin 47,9 faizi səs verib.

Malik Həsənov


71 saylı Cəlilabad şəhər seçki dairəsinin qalibi Malik Həsənov olub. Seçicilərin 69,3 faizinin səsini qazanıb.

Elman Nəsirov


72 saylı Cəlilabad kənd seçki dairəsinin qalibi isə YAP-ın namizədi Elman Nəsirov olub. Ona seçicilərin 58 faizi rəğbət göstərib.

Fəzail İbrahimli


73 saylı Masallı-Cəlilabad seçki dairəsindən isə Fəzail İbrahimli seçilib. Seçkiyə gələnlərin 50,6 faizi ona səs verib.

Anar İsgəndərov


78 saylı Lənkəran kənd seçki dairəsində YAP-ın namizədi Anar İsgəndərov qalib olub. Ona seçicilərin 59,7 faizi səs verib.

Ramil Həsən


94 saylı Ucar seçki dairəsindən isə Ramil Həsən deputat seçilib. Seçicilərin 61 faizinin səsini qazanıb.

Anar Məmmədov


97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin qalibi olan Anar Məmmədov isə 70,6 faizlə birinci olub.

Ceyhun Məmmədov 


120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin qalibi Ceyhun Məmmədovdur. Onun topladığı səs 70 faizin üzərindədir.

Tacxeber.com

Oxşar xəbərlər