Sabiq nazirin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Malekiyə (Qarayeva) məxsus olan və Rusiyada fəaliyyət göstərən “QALS” şirkəti son bir il ərzində 7,1 milyon rubl (79 min dollar) gəlir əldə edib.
Tacxeber.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Vergilər xidməti açıqlayıb.
Məlumatda bildirilir ki, Suad Malekinin yeganə təsisçisi olduğu “QALS” şirkətinin gəlirləri əvvəlki illə müqayisədə 2,9 milyon rubl və ya 29% azalıb.
Qeyd edək ki, “QALS” şirkəti 5 iyul 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.
Mətbuatda yayılan məlumatda bidirilir ki, “QALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəz, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir.