Tahir Kərimli: “Ürəyim bu dərdlərlə çox yüklənib…”
“Mən təbiətcə narahat adamam. Dövlətimizin, millətimizin, xalqımızın, ailəmin qarşısında duran çoxlu problemlərin həlli məni gözləyir. Buna görə də deputat mandatını təhvil verdikdən sonra necə deyim ki, vəzifələrim, məsuliyyətim bitib? Axı ürəyim bu dərdlərlə çox yüklənib. Çalışacağam ki, ömrümün sonuna kimi bu vəzifələri yerinə yetirim, xalqıma xidmət edim”.
Tacxeber.com xəbər verir ki, bu sözləri VI çağırış Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.