• 20 Sentyabr 2024 02:02

Mehriban Ələkbərzadə ilə aktyor arasında QARŞIDURMA: “Hamının yanında mənə dedi ki…”

Mehriban xanım mənə dedi, cəhənnəmə oyna, qara gora oyna. İstəmirsən, ərizəni yaz, çıx teatrdan”.

 

Aktyor Corc Qafarov Akademik Akademik Milli Dram Teatrından “roldan imtina etdiyi üçün çıxarılıb” açıqlamasına aydınlıq gətirib.

 

Tacxeber.com bildirir ki, o əsl səbəbi açıqlayıb:

“Mehriban Ələkbərzadənin gənc, yaşlı fərqi yoxdur, bütün teatr aktyorları ilə necə kobud görmüşəm. Bunu tək mən yox, bütün aktyorlar görür. Sadəcə olaraq, işlərini itirməkdən qorxurlar. Buna görə də susurlar, dillənmirlər. O, bir dəfə məşq zamanı mənə dedi, sən sıfırsan, kobudsan, səsimi çıxarmadım, məşqlərin sonunda hamıdan üzr istədim və dedim, rol mənə yapışmır, məcbur oynayıram. Orada xalq artistləri də var idi. Mehriban xanım mənə dedi cəhənnəmə oyna, qara gora oyna. Mən də səni istəmirəm . İstəmirsən, ərizəni yaz, çıx teatrdan. Orda nə mən, nə də heç kim səsini çıxarmadı. Mehriban xanımın o cür kobudluğuna reaksiya vermədilər. Onun kobudluğuna, “cəhənnəmə”, “ərizəni yaz get”, sözlərinə dözə bilməzdim, dözmədim və çıxıb getdim”. (Yeniçağ)

Tacxeber.com

Oxşar xəbərlər