• 23 Noyabr 2024 21:17

Metroda nə baş verir? 

Sentyabr ayının gəlişi ilə paytaxtda müəyyən insan izdihamı yaşanır. Yeni tədris ilinin başlamasına hələ bir neçə gün qalsa da, Bakı indidən adamla dolub-daşır. Bu, ən birinci ictimai nəqliyyatda və yollarda özünü büruzə verir. Təbii olaraq, metroda da müəyyən dərəcədə sıxlıq hiss olunur. Bəs metronun iş qrafikində dərslər başlayanda hansısa dəyişikliklər nəzərdə tutulur? 

 

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib:

“Ənənə üzrə Bakı Metropolitenində yeni tədris mövsümü ərəfəsində stansiyalarda sərnişin axını istiqamətlərinin tez-tez dəyişməsi, daha sıx sərnişin axınının müşahidə olunması təbii qəbul olunur. Üstəlik, bilirsiniz ki, şəhərimizdə “Formula1” yarışına hazırlıq gedir. Bu səbəbdən metroya tələbat bir qədər də artıb. Eyni zamanda şəhərdə aparılan müəyyən abadlıq, təmir-bərpa işləri də davam edir. Bütün bunların hər biri nəzərə alınır”.

 

B.Məmmədov onu da qeyd edib ki, yaxın günlərdə məsələ ilə bağlı məlumat elan ediləcək:

“Hazırda da metropolitendə aparılan sıx monitorinqlərin əsas istiqaməti ehtiyat qatarlarının xəttə verilməsi ilə bağlı olur. Bu qatarlar daim hazır vəziyyətdə saxlanılır. Ənənə üzrə elan ediləndən daha az interval və daha çox qatar sayı xəttə buraxılır. Bu tənzimlənmələr yeni tədris ilinin başlanğıcına qədər davam edəcək. Yaxın günlərdə Bakı Metropoliteni yeni tədris mövsümü ilə əlaqədar olaraq, hərəkət qrafiki, pik saatlar, stansiyaların iş rejimi ilə bağlı olan məsələlər elan ediləcək”.

Tacxeber.com

Oxşar xəbərlər