• 20 Sentyabr 2024 12:50

Coninin konsert tələbləri: “5 ulduzlu otel, PlayStation 5, masaj…”

Rusiyada məşhurlaşan həmyerlimiz müğənni Coni (əsl adı Cahid Hüseynli) təkcə yaradıcılığı ilə deyil, həm də konsert təşkilatçılarının qarşısında qoyduğu tələb siyahısı ilə də gündəmdədir.

 

Tacxeber.com Rusiya mətuatına əsasən sənətçini korporativ tədbirə dəvət etməyin neçə manata başa gələcəyinin araşdırmasını təqdim edir.

 

Coninin tələblərini yerinə yetirmədikdə konsert pulu geri qaytarılmadan ləğv edilə və təşkilatçıları 500 min rubla qədər (az qala 9400 manat – red.) cərimə gözləyə bilər.

 

Müğənninin 14 nəfərdən ibarət komandasının uçuşunu S7 aviaşirkətləri həyata keçirməli, şəhər ətrafında hərəkət isə 2019-cu ildən köhnə olmayan dəbdəbəli Mercedes Sprinter və Mercedes V-class Maybach avtomobillərində olmalıdır.

 

Coni və onun komandası üçün yerləşmə yalnız dörd və ya beşulduzlu Avropa standartlı oteldə təşkil edilməli, müğənninin özü PlayStation 5, Dyson saç qurutma maşını, beş yeməkli menyu və şəxsi otaq tələb edir. Ayrı bir bənddə 1-2 saat masajçının təmin edilməsini də tələb edən mğənninin komandasının qalan hissəsi isə bir nəfərlik otaqlarda qalmalıdırlar.

 

Soyunub-geyinmə otağına xüsusi diqqət yetirilir, burada şəxsi limitsiz qəlyan, premium spirt (An Cnoc viski), 10 şüşə enerji içkisi, çobanyastığı çayı və həmçinin xurma ilə tərəvəz boşqabı olmalıdır.

 

Sənətçinin səhnə çıxışının dəyəri isə 6 milyon rubl (112 min manatdan çox – red.) təşkil edir. Tarixin rezervasiyası yalnız rüsumun 50%-i məbləğində depozit qoyulduqdan sonra mümkündür. Konsert hər hansı səbəbdən ləğv olunarsa, sənətçi qonorarın tam məbləğini alır. (Azxeber)

Tacxeber.com

Oxşar xəbərlər