• 23 Noyabr 2024 11:35

“Əhalisinin 52 faizi soydaşlarımız olan ölkəni düşmən elan etmək doğru olarmı?..”-Sabiq səfir

“Əhalisinin 52 faizi soydaşlarımız olan ölkəni düşmən elan etmək doğru olarmı?..”-Sabiq səfir

Bu gün təxminən 47 milyon azərbaycanlı yaşayır İranda… Bu, nə dərəcədə ağıllı fikir ola bilər? Hər şeyin kökünə daha dərin baxmalıyıq…”

 

“Hesab edirəm ki, Rusiya Federasiyasının Zəngəzur dəhlizinin açılmasının zəruriliyi barədə Ermənistana öz beynəlxalq öhdəliklərini xatırlatmasına İran İslam Respublikasının kəskin reaksiyasına görə bəzi siyasi qurumların və siyasətçilərin Azərbaycan hökumətini İranla münasibətlərə yenidən baxmağa, İranı dost olmayan dövlət elan etməyə çağırması real siyasətə düzgün yanaşma deyil”.

 

Bu fikri Moderator.az-a açıqlamasında Azərbaycan Respublikasının İrandakı sabiq səfiri Abbasəli Həsənov ifadə edib.

 

“Əgər bu günədək, o cümlədən torpaqlarımızın işğal altında olduğu dövrdə İran Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın əlaqəsinə imkan verməsəydi, o halda bu davranışa yanaşma tamam başqa cür olmalıydı. Əvvəllər avtomobillərimiz, sərnişin avtobusları Astara və ya Biləsuvardan İran ərazindən boyük bir məsafə keçərək Naxçıvana gedib çıxırdı. Ancaq torpaqlarımızın azad edilməsindən sonra Naxçıvana yolumuz qısaldı və İran öz ərazisindən buna da şərait yaratdı, yol, körpü çəkildi. Və s. və i.a. Bu infrstrukturu yaratmağa İran razılığını bildirdi və artıq həmin proyekt həyata keçirilir. Ermənistana gəldikdə, bizim Naxçıvanla birləşməyimizi şərait yaradacaq, lap yaxşı. Yaratmayacaqsa, özü bilsin. Azərbaycan o halda da bir şey uduzmur, uduzan yenə Ermənistan olacaq. Özünü bir çox imkanlardan, mümkün olan beynəlxalq layihələrdən təcrid edəcək. Yəni bütün hallarda Zəngəzur yolunun açılmasıyla bağlı son qərarı həmin ərazinin faktiki sahibi kimi Ermənistan verəcək. Və belə bir vəziyyətdə Azərbaycan tərəfdən İrana qarşı bu cür fikirlər söyləmək o qədər də əsaslı deyil. Əhalisinin 52 faizi, soydaşlarımız, yəni Azərbaycan türkləri, azərbaycanlılar olan ölkəni düşmən elan etmək doğru olarmı? Bu gün təxminən 47 milyon azərbaycanlı yaşayır İranda… Bu, nə dərəcədə ağıllı fikir ola bilər? Hər şeyin kökünə daha dərin baxmalıyıq…”- deyə davamında sabiq səfir vurğulayıb.

 

Keçmiş səfir Abbasəli Həsənovun sözügedən mövzuda daha geniş açıqlamalarıyal yaxın müddətdə tanış ola bilərsiniz.

Tacxeber.com

Oxşar xəbərlər