• 22 Noyabr 2024 11:06

“Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır” – ISW

“Kreml məmurları Hindistan və Braziliya ilə sıx əlaqələr saxlayır…”

 

Kreml, ehtimal ki, Ukraynaya qarşı müharibədə sülh üzrə beynəlxalq vasitəçilik səylərini formalaşdırmağa cəhd göstərir.

Bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

 

Bu zaman Rusiya tərəfi ukraynalılarla ədalətli danışıqlarda iştirak etmək istəyinin olmadığını nümayiş etdirir.

Hesabatda deyilir ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Səudiyyə Ərəbistanında Rusiya və Fars körgəzi ölkələri Şurasının iclası çərçivəsində sentyabrın 9-da Braziliya xarici işlər naziri Mauro Viyeyra və Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankarla görüşüb, öz həmkarları ilə Ukrayna müharibəsini müzakirə edib, detallar açıqlanmır.

 

Braziliya və Çin may ayından özlərinin altı bənddən ibarət “Ukrayna böhranının siyasi nizamlanması” planını irəliyə aparır, bu planın həlledici prinsipləri Rusiya üçün əlverişlidir.

Hindistanın baş naziri Narendra Modi bu yaxınlarda Kiyevə gəlib və Hindistanın Ukraynada dövlətlərin ərazi bütövlüyü və suverenliyi də daxil olmaqla beynəlxalq hüquq prinsipləri əsasında sülhə dəstəyini rəsmən təsdiq edib.

 

Eyni zamanda, Lavrov Kremlin şablon narrativlərini təkrarlayıb, bu da Rusiyanın Ukrayna ilə ədalətli danışıqlar aparmaq istəyinin olmadığını nümayiş etdirir, iddia edir ki, Ukraynanın “Sülh düsturu”, guya, “ultimatum” deməkdir. Onun sözlərinə görə, Rusiya heç vaxt bu plana ciddi yanaşmayıb.

 

Rusiya ilə danışıqlar

Avqustun 29-da Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, indiki mərhələdə Ukraynanın Putinlə istənilən dialoqu boş bir şeydir və ədalətli, möhkəm sülhün əsaslarını yaratmayacaq.

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 27-də bəyan edib ki, “bu gün Putinlə dialoq mənasızdır”, çünki Rusiya diktatoru Ukrayna torpağının ən azı 30 faizini ələ keçirmək istəyir. Onun sözlərinə görə, Putin güzəştə getmək niyyətində deyil, Ukraynanı məhv etmək istəyir. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər