• 25 Noyabr 2024 13:12

Zamirə Hacıyevanın sərvət dəyərindəki qızılları özünə qaytarılır

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın milyonlarla dollarlıq qızıl-zinət əşyaları və mülklərinin müsadirə olunması ilə bağlı məhkəmə işi davam edir.

 

 “The Evening Standard”ın London nəşri  xəbər verib ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA-National Crime Agency) Zamirə Hacıyevanın qanunsuz yolla əldə etdiyi deyilən zinət əşyalarının böyük qisminin qaytarılması barədə qərar qəbul edib.

 

Məlumat üçün deyək ki, NCA Zamirə Hacıyevanın Londonun məşhur “Harrods” univermağında qızıl-zinət əşyaları da daxil olmaqla alış-verişə 16 milyon funt sterlinqdən çox məbləğ xərclədiyini üzə çıxardıqdan sonra məsələ ilə bağlı araşdırma açılmışdı. (Qafqazinfo)

Tacxeber.com

Oxşar xəbərlər